Oktyabrın 26-da Bakının Binəqədi və Qaradağ rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq və təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan etibarən işlər başa çatanadək Binəqədi rayonunun S.S.Axundov küçəsində, Qaradağ rayonunun Qobustan qəsəbəsində, eləcə də Təzə Yurd və 2A yaşayış massivlərində qaz təchizatı müvəqqəti dayandırılacaq.