Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Pekin-Paris" ralli iştirakçıları Şamaxıdan yürüşə davam etdi
"Pekin-Paris" avtorallisinin iştirakçısı olan unikal retro avtomobillər bu gün səhər saatlarında Heydər Əliyev Mərkəzinin qarşısında bir araya gəlib.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə ölkəmiz ilk dəfə dünyanın ən həyəcanverici yarışlarından birinin iştirakçılarını qəbul edir.
Avtomobillər daha sonra Şamaxıya yola düşüblər.
Buradakı nümayiş zamanı avtomobillər həm yerli sakinlərin, həm də turistlərin böyük marağına səbəb olub.
Avtomobillər Şamaxıdan Gürcüstan üzərindən marşruta davam edəcəklər.
Qeyd edək ki, "Pekin-Paris" 1907-ci ildə yaradılan və tarixi marşrutlardan biridir. Bu ralli keçmiş mexanika avtomobillərinə hörmət, eyni zamanda onların dözümlülük testidir. Ralli 14 000 km məsafəni əhatə edir.
Pekindən start götürən ralli iyunun 23-də Parisdə başa çatacaq.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan Kubokunun qalibinə YENİ hazırlanmış kubok və medallar təqdim olunacaq
- Zaxarova: "Rusiya Azərbaycanla münasibətlərin bütün potensialının açılmasına köklənib"
- "Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinin sayı açıqlandı
- Leyla Əliyevanın təşəbbüsü ilə regionlarda yaşayan uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub
- Hacı İntiqam ulu öndərə verdiyi hədiyyədən danışdı