Azərbaycan ərazisində maşınlara pərdə vurulmasına verilmiş icazə bitmək üzrədir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin qərarına əsasən, iqlim şəraiti nəzərə alınmaqla hər il mayın 1-dən noyabrın 15-dək sənaye üsulu ilə hazırlanmış pərdələrdən istifadəyə icazə verilir.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirdi ki, noyabrın 15-də avtomobillərdə sənaye üsulu ilə hazırlanmış pərdələrin istifadəsinə verilmiş icazə başa çatır.
Artıq maşınlarda arxa qapıdakı pərdələrin istifadəsinə icazə verilməyəcək.