Sankt-Peterburqda Ümumdünya təknövçülük oyunları davam edir.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, Azərbaycan karateçisi, dördqat dünya çempionu, səkkizqat Avropa çempionu Rafael Ağayev növbəti qızıl medalını qazanıb.
Ağayevin özünün bildirdiyinə görə, o, Misir, Hollandiya və ABŞ-dan olan rəqibləri üzərində üç qələbə qazanıb.
Bu mərhələdə Rafael alman karateçisi üzərində inamlı qələbə qazanıb və finala yüksəlib. Həlledici görüşdə idmançımız italiyalı Luici Busa qalib gəlib və qızıl medala sahib olub.