Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda ağır yol qəzası baş verdi – Foto
Bakıda axşam saatlarında yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Rәşid Behbudov vә Zәrifә Әliyeva küçәlәrinin kәsişmәsində 90 VC 904 dövlət nömrə nişanlı KamAZ markalı yük avtomobili ilə 99 JD 799 dövlət nömrə nişanlı “Shacman” markalı yük maşını toqquşub.
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış KamAZ-ın kabinəsindən köməksiz vəziyyətdə qalmış sürücünü çıxarıb. Sürücü Təcili Tibbi Yardım briqadasının həkimlərinə təhvil verilib və o, xəstəxanaya aparılıb.
KamAZ-ın sürücüsü şok vəziyyətində olduğundan onun ad və soyadını dəqiqləşdirmək mümkün olmayıb.
“Shacman” markalı avtomobilin sürücüsü Rauf Əliyev isə heç bir xəsarət almayıb.
R.Əliyev APA-ya açıqlamasında deyib ki, Rәşid Behbudov vә Zәrifә Әliyeva küçәlәrinin kәsişmәsində işıqforun qırmızı işığında dayanarkən qəflətən arxadan ona KamAZ çırpılıb.
Qeyd edək ki, qəza nəticəsində Zərifə Əliyeva küçəsində tıxac yaranıb.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ
- Bakıda maskalı şəxs lombarda silahlı basqın edib - ANBAAN GÖRÜNTÜLƏR
- "Bakıda üç gündür aşan yol nişanı təmir edilmir" - Şikayət
- Bakıda biri uşaq olmaqla üç nəfər yanaraq öldü: YENİ DETALLAR