2013-cü ilin yanvar –sentyabr aylarında Azərbaycana 75 502 ədəd nəqliyyat vasitəsi idxal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 757 ədəd və ya 11,5% çoxdur.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 9 ay ərzində 665 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 68 487 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 5 661 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 689 ədəd üsusi təyinatlı motorlu nəqliyyat vasitələri ölkəyə idxal olunmuşdur.
Son bir ildə minik avtomobillərinin idxalı isə 9 628 ədəd və ya 16,4% artıb.
Qeyd edək ki, cari ilin doqquz ayında qeydə alınmış avtomobil idxalı sayı yeni rekorddur.
2012-ci ildə Azərbaycana təxminən 101 min avtomobil idxal olunmuşdu. Bu il bu rekordun yenilənəcəyi gözlənilir.