"2025-ci ildə peşə təhsili müəssisələrində 33 min plan yerinə 47 min şəxs müraciət edib".
Oxu.Az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, müraciət edənlər arasından 27 min nəfər tələbə adını qazanıb:
"Ən çox müraciət olunan ixtisaslar kibertəhlükəsizlik, satış və marketinq, islahata rəqəmsal nəzarət sistemləri, kompüter sistemlərində proqramlaşdırma, bərbər, vizajist, manikürçülükdür. Qəbul olunanların 40 faizi (10 488 nəfər) qadınlardır".
Qaynar xətt:
(055) 224 12 12