"2025-26-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsili müəssisəsində 152 ixtisas olmaqla 32 620 plan yeri üzrə aparılacaq".
Oxu.Az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsili üzrə tələbə qəbulu ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, ayrılan plan yerlərində ötənilki rəqəmlərlə müqayisədə 5.4% faiz artım var:
"Ayrılan plan yerlərinin 75 faizi dövlət sifarişli, 25 faizi isə ödənişli əsaslıdır. Dövlət sifarişli yerlər əvvəlki illərlə müqayisədə artaraq 24 280-ə çatıb".
Direktorun sözlərinə görə, qəbul yerlərinin 60 faizi regionlar üçün, 40 faizi isə Bakı üçün nəzərdə tutulub:
"Aşpaz, dərzi, elektrik montyoru, mühasib, bərbər-vizajist ixtisasları üzrə daha çox plan yeri ayrılıb".
Aygün Mirakif