Cənubi Koreyada ötən həftə yağan güclü yağış nəticəsində ölənlərin sayı 18-ə çatıb, doqquz nəfər itkin düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Daha əvvəl ölənlərin sayının 14 nəfər olduğu bildirilmişdi.
14 min insanın təxliyə edildiyi qeyd edilir.