Cənubi Koreyada güclü yağışlar nəticəsində 14 nəfər ölüb, daha 12 nəfər itkin düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi və xilasetmə xidmətləri yayıblar.
Məlumata görə, ölkənin qərbində və şimal-qərbində, çoxsaylı sürüşmə və daşqınlar qeydə alınıb.
Yerli xilasetmə xidmətlərinin məlumatına görə, 14 şəhər və qəsəbədə 13 mindən çox insan təxliyə olunub.