Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun rəhbərlikdə çalışan işçiləri tarix, informatika, məntiq fənlərindən imtahan etdiyi, zəif nəticə göstərənləri isə işdən çıxardığı söylənilir.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən sözügedən icra başçısının müavini Zülfiyyə Məmmədhüseynova bildirib ki, səsləndirilən iddia tam həqiqəti əks etdirmir.

O bildirib ki, işçilər qanunvericilik, informatika və məntiqdən maarifləndirmə xarakterli qiymətləndirmədən keçirilirlər:
"Sözügedən qiymətləndirmə, sadəcə, maarifləndirmə xarakteri daşıdığı üçün işdən və ya vəzifədən azad edilmədən burada söhbət getmir. İşçilər qiymətləndirmədə yüksək nəticə göstəriblər. Zəif nəticə göstərsələr belə, heç bir tədbir görülməyəcək, çünki bu, öyrədici və maarifləndirici xarakter daşıyır".
Aygün Mirakif