Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Pişik dönər aparatındakı əti yedi, məkanı bağladılar - FOTO
Bir neçə gün əvvəl mediada Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən “Kafe Park” restoranında pişiyin aparata asılan əti yeməsini əks etdirən görüntülər yayılmışdı.
AQTA-dan Oxu.Az-a verilən məlumata görə, fakt Qida Təhlükəsizliyi Agentliyi tərəfindən mediadan götürülərək araşdırılıb.
Araşdırmalar zamanı sözügedən ictimai-iaşə obyektinə baxış keçirilib. Baxış zamanı kafenin həyətində yüngül metal konstruksiyadan tikilmiş dönər bişirmə sahəsi və 40 nəfər üçün nəzərdə tutulan yemək qəbulu zalının və emal sahəsinin texniki-normativ sənədlərin tələblərinə cavab vermədiyi məlum olub.
Baxış zamanı ictimai-iaşə müəssisəsində un məmulatlarının (qutab və peraşkilərin) hazırlanmasında istifadə olunan xammalların saxlanma şəraiti, emalının normativ qaydalara uyğun aparılmadığı və sanitar-gigiyenik qaydaların tələblərinə cavab vermədiyi təsdiqini tapıb.
Bunları nəzərə alaraq, qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektinin fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi barədə qərar verilib. Sahibkara qanun pozuntularının aradan qaldırılması üçün yerinə yetirməli olduğu konkret tədbirlər barədə məlumat verilib.
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- HACCP sisteminin tətbiqi qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək
- Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
- ÜHST: "Azərbaycanda yüksək patogen quş qripi xəstəliyi yoxdur"
- Bakıda sabiq icra başçısının klinikasında qəssabxana açıldı - AQTA bağladı
Rəylər