"Bakı-Qazax magistral yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində yeni yerüstü piyada keçidinin inşası barədə təkliflər hazırlanıb".
Bu barədə Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məlumat verib.

O bildirib ki, sözügedən ərazi barədə məlumatlıdırlar:
"Ərazidə yeni piyada keçidinin inşası ilə bağlı təkliflər hazırlanaraq Dövlət İnvestisiya proqramına salınması üçün aidiyyəti üzrə təqdim olunub. Proqrama salınaraq maliyyə vəsaiti ayrıldığı təqdirdə həmin ərazidə yeni yerüstü piyada keçidinin inşası tərəfimizdən təmin olunacaq".
Aygün Mirakif
Bakı-Qazax magistral yolunun Qaradağ rayonu Səngəçal qəsəbəsindən keçən hissəsində piyada keçidinə sürücülərin əhəmiyyət verməməsi sakinləri narahat edir.
Oxu.Az xəbər verir ki, yolda piyada keçidi olmasına baxmayaraq, sürücülər sözügedən yoldan yüksək sürətdə hərəkət edirlər.
Sakinlər ərazidə yerüstü piyada keçidinin olmasını istəyirlər.
Sözügedən görüntünü təqdim edirik: