Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Plan yerləri dolan universitetlər açıqlandı - RƏSMİ
Bu il Bakı Ali Neft Məktəbi və Dövlət Gömrük Komitəsinin Akademiyasında plan yerləri 100 faiz dolub.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
“Azərbaycan Milli Konservatoriyasında plan yeri 98 faiz, Azərbaycan Dillər Universitetində plan yeri 95 faiz, Bakı Dövlət Universitetində plan yeri 93 faiz dolub. Bunlar çox yüksək göstəricilərdir”, - deyə DİM sədri bildirib.
DİM sədri qəbul planı ən aşağı faizlə dolan universitetlərdən də danışıb:
“Azərbaycan Kooperasiya Universitetində plan yeri 62 faiz dolma var, Azərbaycan Əmək və Sosial Akademiyası da aşağı faizlə dolan universitetlər sırasındadır. Bu il kifayət qədər subbakalavr ali məktəblərə qəbul olunub. Ən çox subbakalavr Texnologiya Universitetinə qəbul olunub, ki, bu da 36 faiz təşkil edib. Bakı Biznes Universitetində isə plan yeri 53 faiz olub”.
İlhamə Əbülfət
Rəylər