Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Dərbənddə şəhərin yubileyininə həsr olunmuş tədbirdə iştirak edəcək. Rusiyanın ən qədim şəhərlərindən birinin 2000 illiyinə həsr olunmuş tədbir sentyabrın 19-da keçiriləcək.
Oxu.Az Rusiya KİV-nə istiandən xəbər verir ki, bayrama Rusiya regionlarından və xarici ölkələrdən 40 nümayəndə heyəti gələcək. Qonaqlar üçün möhtəşəm bayram proqramı hazırlanıb.
Bütün gün boyu Azadlıq meydanında 29 milli karvansaranın iştirak edəcəyi, “Ənənə” adlı ənənəvi mədəniyyət və etnik karvansara festivalı keçiriləcək.
Bayram proqramına Dərbənd sakinlərinin məişət və adətlərinin tarixi rekonstruksiyası daxildir. Bayramın qonaqları qədim şəhərin möcüzəli dünyasına qərq ola bilərlər – həmin gün qonaqlar üçün Dərbəndin qədim hissəsində evlər açıq olacaq. Arzu edən hər kəs evə daxil olub şirniyyatla çay içə və evin sahibləri ilə ünsiyyət qura bilər.
Bayramın əsas hadisəsi Narın-Qala ərazisində “Dərbəndin dulusçuluq dairəsi: Dərbənd qalasından Kreml darvazasına qədər” minilliklərin musiqili-səhnələşdirilmiş xronikası olacaq.
Tamaşa Dərbəndin bizim dövrə qədər inkişafının əsas mərhələlərinə aiddir. Şounu qaladan kənarda da izləmək mümkün olacaq. Bunun üçün xüsusi olaraq şəhərin müxtəlif nöqtələrində videoekranlar quraşdırılacaq və bir başa yayım təşkil ediləcək.
www.oxu.az