Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Polad Həşimovun oğlu qazandığı nailiyyət barədə danışdı: "Uşaqlıqdan kompüter sahəsinə marağım olub"
Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun oğlu Davud Həşimov dörd xarici ölkədə yerləşən yeddi universitetdən qəbul alıb.
Bu barədə "Xəzər Xəbər"ə açıqlamasında Davud Həşimov özü məlumat verib.
O deyib ki, uşaqlıqdan kompüter sahəsinə marağı olub. Səkkiz-doqquzuncu siniflərdən bu peşəyə yiyələnmək üçün çalışıb.
Davud Həşimov Kanadanın Toronto, ABŞ və digər ölkələrin bir sıra universitetlərindən qəbul alıb.
Amma Davud Həşimov təhsilini universitetlərin reytinq sıralamasında TOP 100-ə daxil olan ABŞ-nin "Purdue" universitetində davam etdirəcək. O, bu universitetdə kompüter mühəndisliyi üzrə təhsil alacaq. Davud, bu uğurunun davamlı olacağına əminliyini ifadə edib.
Qeyd edək ki, Davudun kompüter mühəndisliyi üzrə təhsil alması generalımızın arzusu olub.
Ətraflı süjetdə:
Rəylər