Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Polis avtomobilinin üzərinə benzin töküb yandırmaqla hədələdi
Bakıda 22 yaşlı oğlan polis avtomobilinin üzərinə benzin tökərək yandırmaq istəyib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə 2 gün öncə Ağ şəhərdə yerləşən hotellərdən birinin qarşısında baş verib.
Belə ki, “Saipa” markalı avtomobilin sürücüsü yolda ziqzaqvari hərəkətləri dəfələrlə təkrar edərək sonda əl əyləcindən istifadə edib maşını yolun hərəkət hissəsinin qarşısında saxlayıb.
İttihama görə, ərazidə xidmət aparan yol patrul xidmətinin əməkdaşları bunu sürücüyə irad tutub və avtomobilin duracağa aparılacağını bildiriblər.
Lakin avtomobildə olan sürücünün dostu Famil Alxasov (şərti) buna etiraz edərək polislərlə mübahisə etməyə başlayıb. Polis əməkdaşları onu sakitləşdirmək istədikdə o, maşından benzin götürüb. Benzini onların və xidməti polis avtomobilinin üzərinə töküb yandırmaqla hədələyib. Polis əməkdaşlarının tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirib.
Daha sonra əraziyə gələn PPX əməkdaşları F.Alxasovu Xətai Rayon 37-ci Polis Şöbəsinə aparıblar. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni tələblərinə tabe olmama) protokol tərtib olunaraq Xətai Rayon Məhkəməsinə göndərilib.
Məhkəmə F.Alxasovun 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə qərar verib.
Rəylər