Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Polis əməkdaşı şəhid ailəsinə qarşı kobud rəftar edib? - AÇIQLAMA
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında polis əməkdaşı tərəfindən şəhid ailəsinə qarşı kobud rəftar olunması ilə bağlı iddialar səsləndirilib.
Bu barədə məlumat sosial şəbəkələrdə bildirilib.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, həmin fakt araşdırılıb və vətəndaşa qarşı polis əməkdaşı tərəfindən kobud rəftar olunması barədə səsləndirilən fikirlər təsdiqini tapmayıb:
“Belə ki, xəstəxanada ümumi iş rejiminin pozulmasına yönələn hərəkətlərə yol verən qadını orada xidmət aparan mühafizə polisi sakitləşdirməyə çalışıb, həkimlər tərəfindən də məsələnin həll olunması üçün aidiyyətı üzrə müraciət etməyi ona izah olunub”.
İlhamə Əbülfət
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda müğənninin qızı evdən qaçdı: Gənc oğlan onun müştəriyə göndərilməsi barədə anasına səs atıb
- Bakıda maskalı şəxs lombarda silahlı basqın edib - ANBAAN GÖRÜNTÜLƏR
- Ağdam sakinindən "AK-74" silahı müsadirə edildi
- DİN kibertalama cinayətləri ilə bağlı vətəndaşlara müraciət edib
- Siyəzəndə şadlıq evindən 22 min manatlıq oğurluq edən dəstə üzvləri saxlanılıblar