Kikboksinq millimizin bu ilin sonunadək iştirak edəcəyi əsas yarışlar müəyyənləşib.
Oxu.Az-ın xəbərinə görə, böyüklərdən ibarət komandamız bu gündən təlim-məşq toplanışına start verib.
Toplanışda iştirak edən kikboksçular 2019-cu ildə keçirilən son Respublika çempionatının nəticələrinə əsaslanaraq məşqlərə dəvət olunub.
Milli komandamızın 2021-ilin sonunadək iştirak etməsi üçün nəzərdə tutulan əsas yarışlar isə bunlar olacaq:
16-19 sentyabr – Dünya Kuboku (Budapeşt, Macarıstan)
15-24 oktyabr – dünya çempionatı (Yezolo Lido, İtaliya)
5-14 noyabr – yeniyetmə və gənclərin Avropa çempionatı (Budva, Monteneqro)
Səbuhi Musayev