Kürdəmir rayonunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam Kürdəmir şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
Kürdəmir şəhər sakini, 1997-ci il təvəllüdlü Sadıqzadə Rahim İbrahim oğlu idarə etdiyi “90 HK 306” dövlət nömrə nişanlı “Hyundai SantaFe” markalı minik avtomobili ilə yolu keçən piyadanı, 1948-ci il təvəllüdlü Hümbətova Şükufə Qaraş qızını vurub. 65 yaşlı qadın aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, hadisəni törədən 16 yaşlı Rahim Sadıqzadə Kürdəmir rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Ibrahim Sadıqzadənin oğludur.
Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.