“İlqar Mirzəyev tabeliçiliyində olan əsgər və zabitlərə daim vətənpərvərlik hissi aşılayırdı”.
Bu sözləri Oxu.Az-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant Mürşüd Babayev deyib.
O bildirib ki, İlqar Mirzəyev əsgərlərini övladları kimi sevirdi:
“Hərb sənətinin incəliklərini əsgərlərinə aşılamağa çalışırdı. Tək arzusu Qarabağı düşməndən azad etmək, o torpaqlara getmək idi. Qarabağ bu gün azaddır, polkovnikin ruhu şad olsun”.
Könül Cəfərli