Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
POS-terminal əldə etmək istəyənlər obyekt kodunu necə almalıdırlar?
Vətəndaşların bəzisi icarəyə götürdüyü məkanın obyekt kodu olmadığına görə POS-terminal əldə edə bilmədiyini deyir. Onlar bildirirlər ki, kartdan-karta ödənişlər edərək qanun pozuntusuna yol vermək istəmirlər.
Maraqlıdır, bəs görəsən, vətəndaşlar obyekt kodunu necə əldə edə bilərlər?
Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran vəkil Vamiq Şükürov bildirib ki, sahibkar fəaliyyət göstərdiyi məkanın onun mülkiyyətində olduğuna dair çıxarışı, icarədarıdırsa, notarial qaydada müqaviləsi olmalıdır:
"İlk olaraq vətəndaş seçdiyi məkanda fəaliyyət göstərməlidir. Həmin məkanın isə ona aid olduğuna dair ya çıxarışı olmalıdır, ya da icarədarı olduğunu təsdiqləyən notarial qaydada müqaviləsi olmalıdır. Obyekt kodu əldə etmək istəyən vətəndaş mülkiyyətin ona aid olduğuna dair çıxarışı və ya icarədarı olduğuna dair müqaviləni notarial qaydada təsdiq etməli, qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Bundan sonra qanunvericiliyin tələbinə əsasən ona obyekt kodu verilir. Sözügedən sənədlər olmadıqda isə bu kodun verilməsindən imtina edilir".
Vəkilin sözlərinə görə, Bakı şəhərində mülkiyyət hüququ təsdiq edilməyən tikililər olduğu üçün bu proses asanlaşdırılmalıdır:
"Bir sıra şəxslərin fəaliyyət göstərdiyi obyektlərin çıxarışı, mülkiyyət hüququnu təsdiq edən sənədi olmadığına görə onun obyekt kodunu almaq üçün nə vergi orqanına çıxarış təqdim etmək olur, nə də ki, notarial qaydada icarə müqaviləsi bağlamaq olur. Ölkədə, xüsusən də Bakıda mülkiyyət hüququ təsdiq edilməyən tikililərin çox olması səbəbindən bu məsələlər nəzərə alınmalı və proses daha da asanlaşdırılmalıdır".
V.Şükürov qeyd edib ki, kartdan-karta köçürmələr birbaşa qanunla qadağan edilməsə də, vergi orqanı bank əməliyyatlarını görmədiyinə görə bu tip ödənişləri qanunsuz hal sayır:
"Hər bir sahibkar vergi orqanında uçota alınır və ona VÖEN şəhadətnaməsi verilir. Bununla da onun bank hesabı vergi orqanında qeydiyyatdan keçir və həmin bank hesabı üzrə əməliyyatlar aparır. Əgər ödənişlər hər hansı bir vətəndaşın bank hesabı ilə kartdan-karta köçürülərsə, bu zaman sahibkarın daxil olan gəlirləri vergi orqanından gizlədilmiş ola bilər. Bəzi sahibkarlar bilərəkdən POS-terminaldan istifadə etməyərək vergidən yayınırlar, bu hallar da müəyyən edildikdə onlar cərimələnirlər. Bu hal birinci dəfə müəyyən edilərsə, 1000 manat, ikinci dəfə müəyyən edilərsə, 3000 manat, üç və daha çox aşkar edilərsə, 6000 manat cərimə yazılır".
Aygün Mirakif
"POS-terminal" teqi üzrə xəbərlər
- "Kartdan-karta" üsulu ilə işləyən daha 645 sahibkara maliyyə sanksiyası tətbiq edilib
- "Kartdan-karta" üsulu ilə işləyən daha 258 sahibkar cəzalandırılıb
- "Kartdan-karta" işləyən 200 sahibkara maliyyə sanksiyası tətbiq edildi
- Bu gündən POS-terminalların quraşdırılmaması halları ilə bağlı YOXLAMA BAŞLAYIR
- "Kartdan-karta" üsulu ilə işləyən daha 170 sahibkara maliyyə sanksiyası tətbiq edilib
Rəylər