Prezident İlham Əliyevin oğlu Heydər Əliyev II ixtisas qrupu üzrə qəbul imtahanı verib.
Oxu.Az xəbər verir ki, bu barədə Yeni Müsavat-a daxil olan xəbərdə qeyd olunur ki, avqustun 3-də keçirilən II ixtisas qrupu üzrə qəbul imtahanında Heydər Əliyev iştirak edib.
Xəbərdə vurğulanır ki, prezidentin övladı Prezident yanında Dövlət İdarəçilik Akademiyasında imtahan verib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə “Yeni Müsavat”a açıqlamasında xəbəri təsdiqlədi.
O, əlavə şərh vermək istəmədi. E.Nağızadə prezidentin oğlunun harada imtahan verdiyini, imtahanın nəticələri barədə danışmadı. Ancaq xəbərin doğru olduğunu təsdiqlədi.
www.oxu.az