Əməkdar artist Ədalət Şükürov “Pontiac” markalı avtomobilinin fotolarını sosial şəbəkədə paylaşıb.
Sənətçinin maşının rəngi sarıdır.
Bundan başqa, digər müğənni – Aysel Əlizadə də öz avtomobilinin fotoşəkillərini sosial şəbəkədə yerləşdirib və belə bahalı maşını necə aldığını şərh edib:
“Bizdə sponsor anlayışı yaxşı qarşılanmır. Halbuki, dünyaca məşhur ulduzlar məhz bu yolla pul qazanırlar. Bu gün bizim tamaşaçılar o qədər tələbkar olublar ki, hər müğənnini, hər ifanı qəbul etmirlər. Odur ki, müğənni özünü sevdirməyi bacarmalıdır. Buna da maddiyyat lazımdır. Mənim şəxsi biznesim var. Necə deyərlər, çörəyim çörəkdən çıxır. Konservatoriyaya hazırlaşdığım iki il müddətində şəxsi biznesimi qurdum. Alman çörəkləri ilə bağlı işdir, onların satışı ilə məşğulam. Ordan gələn qazancımı sənətimə yönəldirəm. Ən bahalı avtomobillərdən birini sürürəm. Onu da bu qazancımla almışam. İstəyinə nail olmağı bacaran insanam”.
Oxu.Az Axşam.Az-a istinadən həmin şəkilləri təqdim edir.

www.oxu.az