Bakıda sürücü avtomobili təhlükəli halda idarə edərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl Binəqədi rayonu Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Belə ki, 01-CO-315 dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü sərnişinləri maşının ön hissəsində otuzduraraq idarə edib. "Şou" göstərən sürücü və ondan geri qalmayan sərnişinlər yolboyu təhlükəli hərəkətlər edərək qəza riski yaradıblar. Hətta sərnişinlərdən biri avtomobil hərəkətdə olan zaman kapotun üzərindən yıxılıb.
Həmin görüntüləri təqdim edirik:
Bakıda sürücü avtomobili təhlükəli halda idarə edərək sosial şəbəkə hesabında paylaşıb.