Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan və İran eyni vaxtda taktiki təlimlər keçirəcək
2024-cü ilin hazırlıq planına uyğun olaraq, iyunun 12-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasında dislokasiya olunan bölmələri ilə taktiki təlim keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, şəxsi heyət, döyüş texnikası, aviasiya vasitələri və pilotsuz uçuş aparatlarının cəlb olunduğu təlimdə əsas diqqət komandirlərin qərar qəbuletmə bacarıqlarının və onların peşəkarlıq səviyyəsinin daha da artırılmasına, eləcə də bölmələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib.
Azərbaycanla İran arasında əldə olunmuş razılaşma əsasında İran İslam Respublikasının Ordusunun müvafiq qüvvə və vasitələrinin cəlb edilməsi ilə eyni vaxtda qonşu dövlətin ərazisində də taktiki təlim keçiriləcək.
Hər iki ölkədə keçiriləcək təlimlərdə strateji obyektlərin və kommunikasiya xətlərinin mümkün təxribat-diversiya fəaliyyətlərindən mühafizəsi üzrə müxtəlif tapşırıqlar koordinasiyalı şəkildə yerinə yetiriləcək.
"Naxçıvan Muxtar Respublikası" teqi üzrə xəbərlər
- Paşinyan: "İrəvan Bakıya Mehri vasitəsilə Naxçıvanla dəmir yolu əlaqəsi qurmağı təklif edib"
- Naxçıvanda 102 yaşlı seçici səs verib
- Yeniyetməyə qarşı əxlaqsızlıq edən molla həbs edildi
- Naxçıvanda idarə rəisi vəzifəsindən azad olundu – Yeni təyinat
- Şəhid Abbasəli Nəzərəliyevin xanımı: "İndi biz onun arzuladığı azad Azərbaycanda yaşayırıq"