Yevlax rayonunda vətəndaşlar odlu silahları polisə təhvil veriblər.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Növbəti tədbir zamanı polis əməkdaşları tərəfindən daha 3 odlu silah təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Xaçmaz polisinə bu gün yeddi ədəd sənədsiz silah təhvil verilib
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər zamanı bu gün ərzində polis əməkdaşları tərəfindən yeddi ədəd müxtəlif növ tüfəng təhvil götürülüb.

Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 19 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 11 nəfər şəhər sakini qanunsuz olaraq saxladıqları odlu silahları polis əməkdaşlarına təhvil veriblər.
Faktlarla bağlı araşdırmalar aparılır.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.


09:14
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində üç nəfər vətəndaşdan müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb.
Bundan başqa keçirilən müvafiq profilaktiki tədbirlər nəticəsində rayonun Kəpənəkçi kənd sakini müvafiq sənədləri olmayan, ov silahını polisə könüllü təhvil verib
Həmin silahlar müvafiq ekspertizaya təqdim edilib və faktla bağlı araşdırmalar davam etdirilir.