Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artıb.
Oxu.Az-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən Tərtər rayon Mənzil-Kommunal İstismar Sahəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.
A.M.
www.oxu.az