"Bu il qadınların peşə təhsilində iştirakının 40 faiz artırılması planlaşdırılır".
Oxu.Az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsili üzrə tələbə qəbulu ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, 2020-ci ildən bu yana peşə təhsilinə maraq artıb:
"Tələbələrin sayı 71.5 faiz artıb. Burada qadınların iştirakında da artım müşahidə olunur. Belə ki, 2023-2024-cü tədris dilində 6 931 qadın iştirak etmişdisə, 2024-2025-ci tədris ilində 8 931 qadın iştirak edib. Bu il bu rəqəmin 40 faiz artırılması planlaşdırılır"
Aygün Mirakif