Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.
Oxu.Az Azerisport.az-a istinadən xəbər verir k, ölkəmizin bu turnirdə yeganə təmsilçisi “Qarabağ” bu mərhələdə Almaniyanın “Ayntraxt” komandası ilə görüşüb.
Bakıda keçirilən ilk oyunda Frankfurt təmsilçisinə 0:2 hesabı ilə məğlub olan Qurban Qurbanovun yetirmələri cavab oyunda 1:2 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıblar.
Hesabı 10 dəqiqədə “Ayntraxt” (Almaniya) komandasın idmançısı Aleksandr Mayer vurub, 57-ci dəqiqədə “Qarabağ” təmsilçisi Reynaldonun bərabaərliyi bərpa etməyinə baxmayaraq, 76-cı dəqiqədə almanlar Takaşi İnui vurduğu qol nəticəsində komandamızı üstəliyiblər.