Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qarabağ Universitetinin loqosu necə olacaq?
Qarabağ Universitetinin loqosunu ictimaiyyət seçəcək. Artıq bunun üçün loqo təklifləri də hazırlanıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı məlumat universitetin rəsmi "Facebook" səhifəsində yer alıb.
Məlumatda seçilmiş beş loqo təklifinin ictimaiyyətin müzakirəsinə verildiyi bildirilir.
Qeyd olunub ki, Qarabağ Universitetinin loqosunun hazırlanması üzrə 2024-cü ilin iyul ayının 4-dən 17-dək elan edilən müsabiqə çərçivəsində daxil olmuş 450-dən artıq təklif müvafiq qaydada dəyərləndirilib. Peşəkar mütəxəssislərdən ibarət işçi qrupu daxil olacaq rəylər əsasında beş təklifdən birini qalib elan edəcək.
Əzizə İsmayılova
"Qarabağ Universiteti" teqi üzrə xəbərlər
- 20 ilə yaxın ABŞ-də çalışmış şəxsə Qarabağda yüksək VƏZİFƏ VERİLDİ
- Qarabağda və Şərqi Zəngəzurda peşə təhsili müəssisələri ilə bağlı görülən işlər AÇIQLANDI
- Müğənni Ayaz Qasımova vəzifə verildi
- Qarabağ Universitetinin Klinikası yaradılır
- Qarabağ Universitetinin klinikası və tibb fakültəsi nə zamandan fəaliyyətə başlayacaq?