Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Qarabağ Universitetinin yeni korpusları YARADILIR
"Hazırda Qarabağ Universitetinin yeni korpuslarının yaradılması üçün Xankəndi şəhərində işlər aparılır".
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, 2025-ci ildə Şuşa şəhərində başlamaqla, 2026-cı ilin sentyabrına planlaşdırılmaqla Musiqi və incəsənət, Turizm fakültələri üçün bina inşa olunacaq:

"Bununla yanaşı, 2025-2026-cı ildə başlamaqla, 2027-ci ilin sentyabrında Kənd təsərrüfatı fakültəsi üçün Xocalı şəhərində binanın istifadəyə verilməsi planlaşdırılır. Qarabağ Universitetinin Bakı şəhərində hər hansı korpusunun olması nəzərdə tutulmur".
"Emin Əmrullayev" teqi üzrə xəbərlər
- Nazirdən ŞAD XƏBƏR - Məktəblilər üçün xüsusi avtobuslar təşkil oluna bilər
- Bağçada çalışanlar sertifikasiyaya cəlb olunacaqlar - RƏSMİ
- UNEC-də yeni direktor TƏYİNATI
- Təhsil naziri son zamanlar gündəmi zəbt edən direktorlarla bağlı qalmaqallardan DANIŞDI
- 20 ilə yaxın ABŞ-də çalışmış şəxsə Qarabağda yüksək VƏZİFƏ VERİLDİ