Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qarabağa avtobus reyslərinə fevral ayı üçün biletlər satışa çıxarılır
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə fevral ayı üçün biletlər 1 fevral 2025-ci il saat 11:00-da satışa çıxarılacaq.
Bu barədə Oxu.Az-a AYNA-dan bildirilib.
Bildirilib ki, Bakı-Şuşa, Əhmədbəyli-Şuşa, Bakı-Ağdam və Bərdə-Ağdam reyslərinə biletləri vətəndaşlar www.yolumuzqarabaga.az portalı üzərindən əldə edə bilərlər.
Bakı-Xocalı-Xankəndi-Şuşa, Bərdə-Xankəndi və Bakı-Laçın reyslərinə isə biletlər onlayn qaydada biletim.az portalı üzərindən əldə edilir.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 1 883 reys həyata keçirilib, 42 378 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.
"İşğaldan azad olunmuş ərazilər" teqi üzrə xəbərlər
- Prezident: "Azad olunmuş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir"
- Şuşa yolunun və Zabuxçay su anbarının tikintisi başa çatıb
- Səhiyyə Nazirliyi Zəngilan rayonunda əhali üçün səyyar müayinələr təşkil edib
- Füzulidə peşə təhsili müəssisələri inşa olunur
- İşğaldan azad olunan ərazilərdəki tibb müəssisələri TƏBİB-in tabeliyinə veriləcək?
Rəylər