Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qarabağa avtobus reyslərinə sentyabr ayı üçün biletlər satışa çıxarılır
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə sentyabr ayı üçün biletlər avqustun 27-də saat 11:00-da satışa çıxarılacaq.
Oxu.Az-ın nazirliyə istinadən verdiyi məlumata görə, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. İndiyədək ümumilikdə 787 reys həyata keçirilib, 31 900 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Ağdaşda məktəblilər üçün böyük TƏHLÜKƏ: "Piyada nişanı var, xətti isə yoxdur"
- Xaqani küçəsində parklanma yerləri düzgün təşkil edilib?
- Leyla Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən veloyürüşdə iştirak edib
- Bakıda qəzaya düşən avtobusun marşrut xətti müsabiqəyə çıxarılacaq
- Naxçıvan-Bakı reysləri "biletim.az" portalına əlavə edilib