Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qarabağda qırmızı kitaba düşən heyvanlar mina qurbanı olur - VİDEO
Canlı aləm Ermənistanın hərbi-siyasi təxribatlarının qurbanı olmamalıdır. Vəhşi təbiət, heyvanlar bizdən kömək istəyir.
Xezerxeber.az-ın məlumatına görə, Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri Ermənistanın Cənubi Qafqazın təbiətinə, bioloji müxtəlifliyinə, heyvanlar aləminə qarşı mina terrorunu qəti şəkildə pisləyərək beynəlxalq təşkilatlara müraciət ediblər.
“Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyinin müraciətində deyilir ki, işğaldan azad olunmuş ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda 1.5 milyondan çox mina və partlamamış hərbi sursatın mövcud olması ehtimal olunur. Ayı balasının ölümünə səbəb olan mina 2021-ci il Ermənistan istehsalıdır.
“Ermənistan həm də heyvanlardan sui-qəsdçi kimi istifadə edib. Heyvanlardan sui-qəsd məqsədilə istifadə olunması heç bir mənəviyyata sığmır. Dəqiq mina xəritələrinin Azərbaycan dövlətinə təhvil verilməsində Sizin əvəzsiz töhfəniz ola bilər, bu, Cənubi Qafqazın təbiətini xilas edə bilər”,- deyə müraciətdə qeyd olunub.
Sorğuya cavab olaraq “Həyat və canlılar naminə” Beynəlxalq Birilikdən Azərbaycanın cağrışına biganə yanaşılmayacağı bildirilib.
Bildirilib ki, Beynəlxalq Birliyin nümayəndələri Azərbaycanlı həmkarları ilə əlaqə saxlayıb vəziyyəti yerində dəyərləndirəcəklər.
Ətraflı süjetdə:

"Qarabağ" teqi üzrə xəbərlər
- Paşinyan Ermənistanın baş naziri olmaqdan imtina etməsinin şərtini açıqlayıb
- Ağdərə rayonunun Həsənriz kəndindən FOTOREPORTAJ
- Güllə səsi ilə susdurulan son toyun 30 il sonra cuşa gələn çal-çağırı
- Erməni general: "Daşnak" taborunda Qarabağdan olanlarla yanaşı, Ermənistan vətəndaşları da var idi"
- Qukasyan: "1992-ci ildə Qarabağ ərazisində 30 mindən az erməniəsilli sakin yaşayırdı"