Bakıda 22 yaşlı oğlan göldə batıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 16-da Bakı şəhəri, Qaradağ rayonu ərazisində baş verib.
1994-cü il təvəllüdlü Muradov Kənan Cəlal oğlu həmin ərazidə yerləşən göldə batıb. Gölə ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3 km aralıda olub.
Onun cəsədi nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.