Dünən Qaradağ rayonunun Lökbatan qəsəbəsində mənzillərin birində partlayış baş verib.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, yanvarın 11-də saat 02.30 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Şahmar Namazova məxsus mənzildə təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.
Nəticədə 60 kvm. sahədə ev əşyaları ilə birlikdə yanıb, orada kirayədə yaşayanlar - Bakı şəhər sakinləri Şaiq Aşurov, onun arvadı Xalidə, oğlu Rəvan və Rusiya Federasiyası vətəndaşı Elşən İsmayılov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
E.Ə.
www.oxu.az