Dekabrın 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək yarmarkasını Bakının Qaradağ rayonunda keçirəcək.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, yarmarka rayonun Ə.Əmirov adına Mədəniyyət Sarayında təşkil olunacaq. 300-ə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim olunacaq.
Xatırladaq ki, ƏƏSMN tərəfindən cari ilin əvvəlindən bu günədək ölkənin 59 rayon və şəhərində Əmək yarmarkaları keçirilib.