Kəskin hava şəraiti ilə bağlı bu gecə 00:00-dan indiyədək olan məlumata görə, paytaxtın inzibati ərazisində doqquz yol nəqliyyat hadisəsi baş verib
Bu barədə Oxu.Az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
O bildirib ki, ötən gün səhər saatlarından indiyədək paytaxtın inzibati ərazilərində 41 yol -nəqliyyat hadisələri baş verib.
“Sürücülər hava şəraitini nəzərə almalıdırlar. Bir daha sürücülərə müraciət edərək diqqətli olmağa çağırırıq”, - deyə V.Əsədov bildirib.
İlhamə Əbülfət