Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qarlı havada xəsarət alanların sayı AÇIQLANDI
Fevralın 28-dən martın 2-dək Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar 21-i qadın, 18-i kişi olmaqla, 39 nəfərin müraciəti qeydə alınıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 35 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub, dörd nəfərin tibbi xidmətdən imtinası qeydə alınıb.
Səhiyyə Nazirliyindən isə qeyd olunub ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 456 nəfər müraciət edib.
Vurğulanıb ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub, 48 nəfərə cərrahi müalicə tətbiq olunub.
Aygün Mirakif
"Qarlı hava şəraiti" teqi üzrə xəbərlər
- Yağıntılı hava davam edir, bəzi rayonlarda qar örtüyünün hündürlüyü 13 sm-ə çatıb - FAKTİKİ HAVA
- Qarlı havalarda baş verən sığorta hadisələri - STATİSTİKA
- Zaqatalada qarın hündürlüyü bir metri keçib - FAKTİKİ HAVA
- "Asfalt dağılıb, ətrafı üfunət basıb" - Xırdalanda yeni layihəyə daxil edilən yol niyə düzəlmir?
- Qarlı Bakı küçələrində səhər yelinin aydınlığı - Paytaxtda qış mənzərəsi