Ötən gün axşam saatlarında respublikanın Şimal-qərb bölgəsində baş verən zəlzələ fəsadlar törədib.
Oxu.Az-ın Report-a istinadən məlumatına görə, rayonun Zaqatala ilə sərhəddə yerləşən Qax rayonunun Güllük kəndində yeraltı təkanlar daha çox hiss olunub.
Zəlzələ nəticəsində bəzi tikililərdə və evlərdə çatlar əmələ gəlib, həmçinin kiçik sahibkarlıqla məşğul olan şəxslərə ziyan dəyib.




