Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qaxda yük maşınının vurduğu azyaşlının son durumu AÇIQLANDI
Qaxda yük maşınının vurduğu azyaşlının son durumu açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Yanvarın 2-də saat 22:30-da baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2017-ci il təvəllüdlü (qadın cinsli) azyaşlı Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona baş beyin silkələnməsi, döş qəfəsinin, qarnın, beldən aşağı hissənin və çanağın səthi travmaları diaqnozu təyin edilib.
Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.
Aygün Mirakif
Qaxda səkkiz yaşlı qızı yük maşını vurub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çüdüllü kəndində baş verib. Ağdaş rayon sakini Sübhan Əsədov idarə etdiyi "Ford" markalı yük maşını ilə 2017-ci il təvəllüdlü Arzu Aslan qızı Ramazanovanı vurub. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A.Ramazanova Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Rəylər