Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Juninyodan əl çəkməyən "Sevilya" sonuncu təklifini göndərib
"Qarabağ"ın hücumçusu Juninyonun "Sevilya"ya keçidi tamamlanmaq üzrədir.
Oxu.Az "Marca"ya istinadən xəbər verir ki, La Liqa klubunun Azərbaycan təmsilçisinə bir neçə təklif təqdim etdiyi və razılaşmanın yaxınlarda əldə ediləcəyi bildirilib.
"Qarabağ" Juninyonun satışından təxminən dörd milyon avro qazanacaq.
2023-cü ilin yayında Ağdam təmsilçisinə keçən Juninyo "Qarabağ"la 81 oyunda 41 qol vurub, 14 məhsuldar ötürmə edib.
"Olavio Juninyo" teqi üzrə xəbərlər
Ən çox oxunanlar