Qax rayonunda yanğın baş verib.
Hadisə Qaxbaş kəndində qeydə alınıb. 62 yaşlı kənd sakini Barixaşvili Spridon Valeroviçə məxsus üç otaq və bir eyvandan ibarət olan ev içərisindəki əşyalarla birlikdə tamamilə yanıb.
Hadisə yerinə Qax rayonu üzrə Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürmə texnikası və canlı heyəti cəlb olunub. Ev sahibi və onun həyat yoldaşı təxliyyə edilib. Lakin əlil və şəkər xəstəsi olan ev sahibi Spridon Barixaşvili hadisənin həyəcanından vəfat edib.
Alov çətinliklə də olsa, söndürülüb. Yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Hadisənin hansı səbəbdən baş verməsi aparılacaq araşdırmalardan sonra məlum olacaq.