Qax rayonunda 20 yaşlı gənci ilan sancıb.
Oxu.Az xəbər verir ki, ilan sancaq şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə mayın 22-də qeydə alınıb.
"2005-ci il təvəllüdlü şəxs (kişi cinsli) sağ çiyin nahiyəsindən ilan sancması səbəbi ilə Qax rayonunda iki doza ilan zəhəri əleyhinə zərdab vurulmaqla ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Şöbədə xəstəyə zəruri tibbi xidmətlərin göstərilməsinə başlanılıb. Hazırda xəstənin vəziyyəti ağır stabildir, müsbət dinamika müşahidə olunur", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova