Bu gün axşam saatlarında Qax rayonun ərazisində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Qax - Qıpçaq avtomobil yolunda, rayonun Keşqutan kəndi ərazisində qeydə alınıb.
63 yaşlı Mircəlal Nəsrullayevin idarə etdiyi avtomobil yoldan çıxaraq meşəyə girib və bir-neçə ağaca çırpılıb.
Xəsarət alan sürücü Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, hazırda onun muayinəsi aparılır.
Fakt araşdırılır.