Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qayda pozan yol polisləri – Foto+Video
Bakının yol polisi kobud qayda pozuntusu edib.
Oxu.Az xəbər verir ki, sürücüləri nümunəvi olmağa dəvət edən yol polisi qayda pozarkən Milli.az-ın kamerasına yaxalanıb.
Sürücülərə təhlükəsizlik kəməri taxmadığına görə güzəştə getməyən asayiş keşikçisi öz həyatını təhlükəyə atır. Bakının İstiqlaliyyət küçəsində çəkilən videoda yol polisinin motosiklet idarə edərkən təhlükəsizlik dəbilqəsini geyinmədiyi açıq-aşkar görünür.
Məqsəd qayda pozuntusunu edən bir polis əməkdaşını çəkmək idi. Elə həmin vaxt başqa bir DYP əməkdaşı həmin yerdən motosikletlə keçdi. Onun da başında dəbilqə yox idi.
Bu azmış kimi, yol polisi motosikleti idarə edərkən sükanı bir əli ilə tutub digər əli ilə səsgücləndiricidən istifadə edirdi.
Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov açıqlamasında bildirdi ki, nəinki yol polisi, heç kim motosikleti dəbilqəsiz idarə edə bilməz. Yol polisi dəbilqəsiz motosiklet idarə edirsə, bunun hər hansı səbəbi var:
“Ya istidən çıxarıb və ya qısa yol gedir, məşq edə bilər. Rəsmi xidmət vaxtı yol polisi motosikleti dəbilqə olmadan idarə edə bilməz. Siz yəqin yol polisini manevr edən zaman çəkmisiniz”.
“Sürücü istilənən zaman təhlükəsizlik kəmərini taxmaya bilərmi” sualına cavabında isə V.Əsədov qeyd etdi ki, bu hal qəti qadağandır.

www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda müğənninin qızı rəfiqələrinə qoşulub evdən qaçdı
- Tullantıdan elektrik enerjisinə gedən yol - Zavoddan FOTOREPORTAJ
- Bakıda maskalı şəxs lombarda silahlı basqın edib - ANBAAN GÖRÜNTÜLƏR
- "Bakıda üç gündür aşan yol nişanı təmir edilmir" - Şikayət
- Bakıda biri uşaq olmaqla üç nəfər yanaraq öldü: YENİ DETALLAR