Bakı şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının 18 avqust mitinq təklifinə yekun cavabını verib.
Oxu.Az xəbər verir ki, bu barədə Modern.az saytına Milli Şuranın üzvü, Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib.
Onun sözlərinə görə, Bakı meriyası mitinqlə bağlı müraciətə cavabın hazır olduğunu bildirib.
“Bakı şəhər İcra Hakimiyyəti cavabın hazır olduğunu bildirib. Deyiblər ki, gəlin cavabı götürün”.
Məlumata görə, Bakı şəhər İcra Hakimiyyəti Mili Şuranın mitinq keçirmək üçün təklif etdiyi 4 yerə rədd cavabı verib.
Milli Şuraya mitinqini “20-ci sahə”də keçirmək təklif olunub.