Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Gənc qadın dərman içib özünü bıçaqladı: Qazaxda baş verən hadisənin TƏFƏRRÜATI
Qazaxda gənc qadının dərmandan zəhərlənərək ölməsi ilə bağlı təfərrüat məlum olub.
Oxu.Az xəbər verir ki, 25 yaşlı A.Əliyeva hadisəni anasının və bacısının gözləri qarşısında edib.
Məlumata görə, gəmirici əleyhinə dərmanı içdikdən sonra qadın özünə bıçaqla xəsarət yetirib.
Aytac Qasımova
Qazaxda qadının dərmandan zəhərlənməsinə TƏBİB-dən açıqlama verilib.
TƏBIB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 12.01.2025-ci il tarixində saat 16:30-da 2000-cil təvvəlüdlü şəxsin (qadın cinsli) gəmiricilər əleyhinə kimyəvi dərman zəhərlənməsi şübhəsilə Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə çağırış daxil olub.
Dərhal çağırış ünvanına briqada cəlb olunub.
Lakin Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunarkən şəxsin ölüm faktı qeydə alınıb.

Qazaxda gənc qadın dərmandan zəhərlənərək ölüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.
Belə ki, 25 yaşlı A.Əliyeva siçan dərmanından zəhərlənib. Gənc qadın xəstəxanaya aparılsa da onu xilas etmək mümkün olmayıb.
A.Əliyevanın necə zəhərlənməsi hələlik məlum deyil. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
"Zəhərlənmə hadisəsi" teqi üzrə xəbərlər
- Beyləqanda 48 yaşlı kişi sirkədən zəhərlənərək ölüb
- Təhlükəli qida zəhərlənməsinə qarşı çarə tapıldı
- Kütləvi zəhərlənmə olduğu deyilən bağçanın müdiri polisə müraciət etdi - ARAŞDIRMA başladı
- Ağdaşda beş yaşlı uşağın həyatı termometrə görə təhlükəyə düşdü
- Uşaqlarda zəhərlənməni necə müəyyən etmək olar? - Həkimə müraciəti zəruri edən SİMPTOMLAR
Rəylər