Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Sumqayıtda zəhərlənən bir ailənin beş üzvünün son durumu AÇIQLANDI
Dəm qazından zəhərlənənlər ambulator müalicə üçün evə buraxılıblar.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
"Yanvarın 12-də saat 21:50-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına üç nəfər (iki qadın, bir kişi cinsli), Uşaq Xəstəxanasına isə iki nəfər (bir qadın, bir kişi cinsli) hospitalizasiya olunub.
Dəm qazının toksiki təsiri diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlar ambulator müalicə üçün evə buraxılıblar".
Aygün Mirakif
Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.
Oxu.Az "Report"a istinadən məlumat verir ki, hadisə şəhərin 18-ci məhəlləsində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü İlqar Adil oğlu Süleymanov, həyat yoldaşı 1986-cı il təvəllüdlü Könül Zakir qızı Süleymanova, övladları - 2006-cı il təvəllüdlü Yetər İlqar qızı Süleymanova, 2007-ci il təvəllüdlü Turanə İlqar qızı Süleymanova və 2008-ci il təvəllüdlü Ülvi İlqar oğlu Süleymanov yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Rəylər